• İyul 31, 2026
  • Redactor Neftchi
  • 0

Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turuna yekun vurulub.

Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan yarışda “Neftçi” İdman Klubunun yetirmələrindən Səma Vəlizadə (63 kq) və Əli Əliyev (73 kq) yalnız finalda məğlub olaraq gümüş medala sahib olublar. Digər cüdoçularımız – Yağmur Əhmədzadə (57 kq), Rəvan Abuşzadə (55 kq) və Həsən İbadov (66 kq) isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.

Qeyd edək ki, bu, cari ildə U-17 Liqa yarışının son turudur və idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayır.