Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Şuşa rayon Uşaq və Gənclər İdman Məktəbinin cüdo üzrə açıq birinciliyi (U-11) keçirilib.
Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda Azərbaycan, Almaniya və Qazaxıstandan 442 cüdoçu medallar uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun yetirmələri turnirin iki medalına yiyələniblər. Cüdoçularımızdan Kənan Hüseynli (34 kq) yarışın gümüş medalına layiq görülüb. Cavad Əliyev (50 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.