Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Avropa Çempionatına yekun vurulub. Dörd gün davam edən turnirdə 46 ölkədən 400 idmançı medallar uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan təmsilçiləri mötəbər yarışı 3 medalla başa vurublar. Cüdoçularımızdan Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Zelim Tçkayev (81 kq) isə bürünc medal qazanıblar.
