
Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında keçirilən cüdo üzrə Avropa Kubokuna yekun vurulub.
“Neftçi” İdman Klubunun yığma komandamızın heyətində yer alan cüdoçuları böyük əzmkarlıq nümayiş etdirərək turnirin 2 qızıl medalını qazanıblar. Təmsilçilərimizdən Nihad Məmişov (60 kq) və Süleyman Şükürov (81 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, yarışda 26 ölkədən 226 idmançı medallar uğrunda mübarizə aparıb.
