“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan cüdoçuları Bakı “Böyük Dəbilqə” turnirinin ilk günündə 2 bürünc medal qazanıblar. Milli Gimnastika Arenasında start götürmüş mötəbər yarışın ilk günündə təmsilçilərimizdən Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Qeyd edək ki, üç gün davam edəcək turnirdə 64 ölkədən 416 cüdoçu medallar uğrunda mübarizə aparır.