Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinə yekun vurulub. Milli Gimnastika Arenasında təşkil olunan yarışın sonuncu günündə”Neftçi” İdman Klubunun daha bir cüdoçusu mükafatçılar sırasına düşməyə müvəffəq olub. Doxsan kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov bürünc medal uğrunda görüşdə fransalı Aleksis Mateyuya qalib gəlib və turniri üçüncü pillədə başa vurub. Xatırladaq ki, daha əvvəl klubumuzun təmsilçilərindən Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) isə bürünc medala sahib olublar.Beləliklə, cüdoçularımız Bakı “Böyük Dəbilqə” turnirini 6 medalla (2 qızıl, 1 gümüş, 3 bürünc) başa vurublar.