• Noyabr 14, 2025
  • Redactor Neftchi
  • 0

Abşeron Olimpiya İdman Kompleksində keçirilən cüdo üzrə böyuklər arasında Bakı şəhər çempionatı sona yetib. İki gün davam edən yarışda 29 klub və idman cəmiyyətindən 161 cüdoçu medallar uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun təmsilçiləri çempionatda uğurla çıxış ediblər. İdmançılarımızdan Bahadır Feyzullayev (60 kq) və Əsmər Əliyeva (78 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olublar. Aynur Mirzağayeva (70 kq), Jalə Məmmədova (78 kq) və İbrahim Ağakişiyev (90 kq) ikinci, Məhərrəm Mirzəyev (60 kq) və Ayan Əliyeva (63 kq) isə üçüncü yeri tutublar.
Qeyd edək ki, klubumuz medalların əyarına görə (2 qızıl, 3 gümüş, 2 bürünc) ümumi komanda hesabında birinci yerə çıxıb.