Almaniyanın Bremen şəhərində cüdo üzrə Beynəlxalq Masters Turniri başa çatıb. U-18 və U-21 yaş kateqoriyalarında keçirilən yarışda ümumulikdə 30 ölkədən 839 idmançı medallar uğrunda mübarizə aparıb.
U-18 yaş qrupunda “Neftçi” İdman Klubunun yetirməsi (81 kq) Ayxan Həsənli bütün görüşlərdən qalib ayrılıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
U-21 yaş kateqoriyasında isə klubumuzun cüdoçularından Cəsur İbadlı (81 kq) və Süleyman Şükürov (90 kq) eyni uğura imza ataraq turnirin qızıl medalına sahib olublar.
