• Fevral 3, 2026
  • Redactor Neftchi
  • 0

Belçikanın Vise şəhərində cüdo üzrə beynəlxalq turnir keçirilib.
“Neftçi” İdman Klubunun cüdoçuları yarışın 3 medalına yiyələniblər. Təmsilçilərimizdən Zelim Tçkayev (90 kq) yalnız həlledici final görüşündə məğlub olub və gümüş medala layiq görülüb. Digər idmançılarımız – Cəsur İbadlı (81 kq) və Gültac Məmmədəliyeva (52 kq) isə turniri üçüncü pillədə başa vurublar.