• İyul 28, 2025
  • Redactor Neftchi
  • 0

Abşeron Olimpiya İdman Kompleksində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Avropa Cüdo Ümidləri Turniri keçirilib. Beynəlxalq yarışda 12 ölkəni təmsil edən 88 klubun 436 idmançısı (364 oğlan, 72 qız) mübarizə aparıb. U-13 və U-15 yaş kateqoriyalarında keçirilən yarışda 33 çəki dərəcəsində qaliblər və mükafatçılar müəyyənləşib.
“Neftçi” İdman Klubunun cüdoçularından Zöhrə Ağazadə (57 kq), Aidə Manaflı (70 kq) və Kənan Hüseynli (38 kq) inamla çıxış edərək bütün rəqiblərinə qalib gəliblər və qızıl medala yiyələniblər. Digər idmançınız İbrahim Ağamalı (38 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Qeyd edək ki, “Neftçi” İdman Klubu ümumkomanda hesabında ikinci yeri tutub.