«Neftçi” İdman Klubunun iki cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində mükafatçılar arasında yer alıb. İdmançılarımızdan Elcan Hacıyev və Vüqar Talıbov (hər ikisi 90 kq) yarışın bürünc medalına layiq görülüblər.