• Fevral 27, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirinin finalında üz-üzə gəliblər. Altmış kiloqram çəki dərəcəsində çıxış edən Əhməd Yusifov Balabəy Ağayevi məğlub edib və karyerasında ilk dəfə “Böyük Dəbilqə” turnirinin qalibi olub. Balabəy Ağayev isə nüfuzlu yarışın gümüş medalına layiq görülüb.