• Fevral 7, 2026
  • Redactor Neftchi
  • 0

Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.

“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan cüdoçuları yarışın ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıblar. Təmsilçilərimizdən Balabəy Ağayev (60 kq) inamla mübarizə apararaq mötəbər turnirin qızıl medalına sahib olub. O, finalda ukraynalı Dilşot Xalmatova qalib gəlib. Digər idmançımız Ruslan Paşayev (66 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri fevralın 8-də başa çatacaq.