• Oktyabr 14, 2025
  • Redactor Neftchi
  • 0

Perunun paytaxtı Limada keçirilən cüdo üzrə Qran-pri turniri sona yetib. Yarışda 49 ölkədən 284 idmançı (165 kişi, 119 qadın) medallar uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun cüdoçuları turnirdə 4 medal əldə ediblər. İdmançılarımızdan Əhməd Yusifov (60 kq) yalnız final görüşündə məğlubiyyət acısı yaşayıb və gümüş medalla kifayətlənməli olub. Könül Əliyeva (48 kq), Ruslan Paşayev (66 kq) və Ömər Rəcəbli (81 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.