Portuqaliyanın Odivelaş şəhərində cüdo üzrə Qran-pri turnirinə start verilib. Yarışın ilk günündə “Neftçi” İdman Klubunun təmsilçisi Yaşar Nəcəfov (66 kq) inamla mübarizə apararaq finala qədər irəliləyib. İdmançımız həlledici görüşdə Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən Yaqo Abuladzeyə məğlub olub və gümüş medala layiq görülüb.