• Oktyabr 18, 2025
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun cüdoçuları Meksikanın Qvadalxara şəhərində keçirilən Qran-pri turnirinin ilk günündə 3 medal (2 qızıl, 1 bürünc) əldə ediblər. Təmsilçilərimizdən Balabəy Ağayev (60 kq) finalda braziliyalı Miçel Auqustuya ipponla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ruslan Paşayev (66 kq) də finalda Lukas Sahanı (Finlandiya) üstələyərək eyni uğura imza atıb. Digər idmançımız Əhməd Yusifov (60 kq) isə üçüncü yer uğrunda görüşdə fransalı Enzo Janı məğlub edərək bürünc medal qazanıb.

Qeyd edək ki, turnirdə 33 ölkədən 231 cüdoçu (142 kişi, 89 qadın) yarışır.