
Cüdo üzrə U-14 yeniyetmələr arasında Şimal bölgəsi üzrə region birinciliyi keçirilib. Turnirdə Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzəndən olan 9 klubun 62 cüdoçusu (55 oğlan, 7 qız) mübarizə aparıb. Xaçmaz Olimpiya İdman Kompleksində baş tutan yarışda 11 çəki dərəcəsində qalib və mükafatçılar bəlli olub.
“Neftçi” İdman Klubunun Siyəzən bölməsinin cüdoçuları da yarışda bacarıqlarını nümayiş etdiriblər. Şimal təmsilçilərimizdən Yusif Həsənov (42 kq) bütün rəqiblərinə qalib gəlib və qızıl medal qazanıb. Nurlan Hüseynovla (38 kq), Paşa Yusifzadə (60 kq) ikinci, Hüseyn Kərimzadə (38 kq) və Ümid Əliyev (+73 kq) isə üçüncü yeri tutublar.