Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsində yerləşən “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində on beş yaşadək (U-15) cüdoçular arasında ölkə birinciliyi keçirilib. Yarışda paytaxt və bölgələrdən 215 cüdoçu qüvvəsini sınayıb.

“Neftçi” İdman Klubunun təmsilçilərindən Əli Əliyev (66 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız həlledici final görüşündə məğlub duruma düşən Cavad Əliyev (50 kq) isə gümüş medala layiq görülüb.
Qızlar arasında təşkil olunan yarışda Zəhra Feyzullayeva (40 kq) və Yağmur Əhmədzadə (48 kq) üçüncü yeri tutublar.