• Sentyabr 1, 2025
  • Redactor Neftchi
  • 0

Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turu keçirilib. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində baş tutan yarışda 94 klub və idman cəmiyyətindən 727 idmançı (579 oğlan, 148 qız) çıxış edib.

“Neftçi” İdman Klubunun cüdoçuları turnirin 3 medalına yiyələniblər. Təmsilçilərimizdən Yağmur Əhmədzadə (52 kq) yalnız finalda məğlub olub və gümüş medala layiq görülüb. Rəvan Abuşzadə (50 kq) və Sevil Abdulzadə (52 kq) isə üçüncü yeri tutublar.

Qeyd edək ki, cari ildə U-17 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.