Abşeron Olimpiya İdman Kompleksində 20 yaşadək (U-20) cüdoçular arasında keçirilən respublika birinciliyi başa çatıb. Yarışda 58 klub və idman cəmiyyətindən 191 cüdoçu (158 oğlan, 33 qız) 13 çəki dərəcəsində bacarığını nümayiş etdirib.
“Neftçi” İdman Klubunun yetirmələri əzmlə mübarizə apararaq 8 medal (3 qızıl, 1 gümüş, 4 bürünc) qazanıblar və ümumkomanda hesabında birinci yeri tutublar.
Cüdoçularımızdan Nihad Məmişov (66 kq), Aynur Mirzağayeva (70 kq) və Əsmər Əliyeva (78 kq) bütün rəqiblərinə qalib gələrək ölkə çempionluğunun sevincini yaşayıblar. Süleyman Şükürov (81 kq)gümüş, Məhəmməd Rüstəmli (60 kq), Ayan Əliyeva (63 kq), Əhməd Rüstəmov (66 kq) və Cəsur İbadlı (81 kq) isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, yarışın sonuncu günündə oğlanlar arasında keçirilən komanda yarışında da “Neftçi” İdman Klubu qalib adını qazanıb.

