“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan təmsilçiləri Almaniyanın Potsdam şəhərində keçirilən 23 yaşadək idmançıların cüdo üzrə Avropa çempionatının ilk günündə 2 medala sahib çıxıblar. Klubumuzun yetirmələrindən Nəriman Mirzəyev (73 kq) və Aydan Vəliyeva (52 kq) qitə çempionatının bürünc mükafatına layiq görülüblər.