“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan iki cüdoçusu Yaponiyanın paytaxtı Tokioda keçirilən “Böyük dəbilqə” turnirində medal qazanıb. Cüdoçularımızdan 73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız finalda yaponiyalı altıqat dünya çempionu Soişi Haşimotonu məğlub edib.Klubumuzun digər təmsilçisi, 81 kiloqram çəkidə mübarizə aparan Zelim Tçkayev isə üçüncü yer uğrunda görüşdə tacikistanlı Somon Maxmadbekov üzərində qələbə qazanıb və dəbilqənin bürünc medalına layiq görülüb.