“Neftçi” İdman Klubunun cüdoçusu Hidayət Heydərov Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medala sahib olub. Yetmiş üç kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici finalda İspaniyalı Salvador Kases Roka ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Hidayət Heydərov ardıcıl ikinci dəfə Avropa çempionu olub.
Xatırladaq ki, Hidayət Heydərov 2017 və 2022-ci illərdə də qitə çempionatında qızıl medal qazanıb.