“Neftçi” İdman Klubunun cüdoçusu Vüqar Talıbov Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclər arasında dünya birinciliyində gümüş medala sahib olub. Doxsan kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finaldan mübarizəyə qoşulub. O, finala qədər bütün rəqiblərini üstələsə də, həlledici görüşdə yaponiyalı Komei Kavabataya məğlub olub və mundialı ikinci pillədə başa vurub.
Klubumuzun digər cüdoçusu Ömər Rəcəbli (81) isə bürünc medal qazanmaq şansını son anda əldən verib. O, təsəlliverici dueldən üstün ayrılsa da, bürünc medal uğrunda qarşılaşmada yaponiyalı Naoto İzavaya məğlub olub.