
“Neftçi” İdman Klubunun yunan-Roma güləşçisi Elmir Əliyev (55 kq) Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında böyük uğura imza atıb. Pəhləvanımız final qarşılaşmasında rusiyalı Alibek Amirova (UWW) 3:2 hesabı ilə qalib gələrək dünya çempionu olub. Ruslan Nurullayev (72 kq) isə bürünc medala layiq görülüb.
Xatırladaq ki, daha əvvəl klubumuzun digər yunan-Roma güləşçisi Ziya Babaşov (60 kq) da mundialda qızıl medal qazanmışdı.
