• Mart 7, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun daha bir cüdoçusu Avstriyanın Linz şəhərində keçirilən Qran-pri turnirində fəxri kürsüdə yer alıb. Təmsilçimiz Ömər Rəcəbli (81 kq) üçüncü yer uğrunda qarşılaşmada finlandiyalı Eetu İhanamakiyə qalib gələrək bürünc medal əldə edib.

Xatırladaq ki, daha əvvəl klubumuzun digər cüdoçusu Ruslan Paşayev (66 kq) qızıl medal qazanmışdı.