• Avqust 4, 2025
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun sərbəst güləşçisi Həsən Həsənov (60 kq) Yunanıstanın paytaxtı Afinada təşkil olunan U-17 dünya birinciliyində mükafata sahib olub. Pəhləvanımız təsəlliverici görüşlərdə yunanıstanlı Pavlos Ntiantiadislə qırğızıstanlı Ulukman Jekşenkulov üzərində inamlı qələbə qazanıb. O, üçüncü yer uğrunda qarşılaşmada kanadalı Natan Naşı məğlub edib (5:4) və bürünc medala layiq görülüb.
Xatırladaq ki, daha əvvəl klubumuzun sərbəst güləşçilərindən Hüseyn İsmayılov (65 kq) dünya çempionu olub, Hakim Tağıyev (110 kq) isə üçüncü yeri tutub. Yunan-Roma güləşçimiz Abdurrahman Hüseynli (45 kq) də mundialın bürünc medalına sahib olub.