• Noyabr 20, 2025
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun qadın güləşçisi Ruzanna Məmmədova (62 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında mükafat qazanıb. Təmsilçimiz finalda nigeriyalı Ester Kolavoleyə 4:6 hesabı ilə məğlub olub və gümüş medala yiyələnib.