Yaponiyanın Kobe şəhərində keçirilən paraatletika üzrə dünya çempionatı davam edir.
“Neftçi” İdman Klubunun paraatleti Orxan Aslanov çempionatda inamla çıxış edərək T13 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.18 metr nəticə göstərib və dünya çempionu olub.
Xatırladaq ki, daha əvvəl xanım paralimpiyaçımız Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda, Səid Nəcəfzadə isə uzunluğa tullanma üzrə yarışda eyni uğuru təkrarlayaraq dünya çempionatının qızıl medalını qazanıb.