Serbiyanın Zrenyanin şəhərində keçirilən güləş üzrə U-23 Avropa Çempionatı davam edir.
“Neftçi” İdman Klubunun daha iki sərbəst güləşçisi nüfuzlu yarışın mükafatına layiq görülüb. Pəhləvanlarımızdan Ceyhun Allahverdiyev (61 kq) və Yusif Dursunov (125 kq) inamla mübarizə apararaq finala qədər irəliləyiblər. Həlledici qarşılaşmada məğlub olan idmançılarımız qitə çempionatını gümüş medalla başa vurublar.
Xatırladaq ki, daha əvvəl klubumuzun sərbəst güləşçilərindən Zəfər Əliyev (97 kq) bürünc medal qazanmışdı.
Qeyd edək ki, Avropa Çempionatı martın 15-də sona yetəcək.

