• Yanvar 25, 2026
  • Redactor Neftchi
  • 0

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirində üçüncü tura yekun vurulub.

D qrupunda təmsil olunan SOCAR bu turda “Azerbaijan Poultry Company” komandası ilə üz-üzə gəlib. Yasamal rayonundakı “Sportster” minifutbol meydançasında keçirilən matçda komandamız rəqibini böyük hesabla üstələyib – 16:2.