Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin qrup mərhələsində X tura yekun vurulub.
B qrupunda təmsil olunan SOCAR komandası bu gün “Azərişıq” ASC-nin kollektivi ilə qarşılaşıb. Xətai rayonundakı “Azfar” meydançasında keçirilən gərgin qarşılaşmada SOCAR komandası rəqibini 4:2 hesabı ilə məğlubiyyətə uğradıb.








