• Noyabr 28, 2026
  • Redactor Neftchi
  • 0

Bu gün Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib.

Bakı Tennis Akademiyasında təşkil olunan tədbirin ardınca yarışın açılış oyununa start verilib. D qrupunun ilk turu çərçivəsində baş tutan görüşdə SOCAR komandası “Azərenerji” ASC-nin kollektivi ilə qarşılaşıb. Matç təmsilçimizin böyükhesablı qələbəsi ilə başa çatıb – 8:0.

Xatırladaq ki, SOCAR komandası ötən mövsüm bu turnirin çempionu adını qazanıb. Kollektiv, həmçinin Mərakeş Krallığının Kasablanka şəhərində keçirilən III Dünya Korporativ Oyunlarını məğlubiyyətsiz başa vuraraq bu idman növü üzrə kuboka sahib çıxan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşüb.

Qeyd edək ki, 40 dövlət qurumunun mübarizə apardığı V minifutbol turnirinə 2027-ci ilin mayında yekun vurulacaq.