• Fevral 27, 2026
  • Redactor Neftchi
  • 0

Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə Zayed İdman Turniri keçirilib.
Ramazan ayı çərçivəsində təşkil olunan çoxşaxəli yarışda “Neftçi” İdman Klubunun boksçusu Emili Rzayeva (65 kq) mükafata layiq görülüb. Xanım idmançımız turnirdə əzmlə mübarizə apararaq qızıl medala sahib çıxıb.