• August 20, 2025
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun qadın güləşçisi Günay Qurbanova (59 kq) Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya birinciliyində bürünc medal qazanıb. Xanım idmançımız üçüncü yer uğrunda görüşdə kanadalı Ella Findinqə 4:1 hesabı ilə qalib gələrək fəxri kürsüyə yüksəlib.
Qeyd edək ki, qadın güləşçilərimizdən Ruzanna Məmmədova (62 kq) mundialın finalına yüksəlib. O, sabah həlledici görüşdə çinli Yanqjen Yanqjenlə üz-üzə gələcək.
Xatırladaq ki, daha əvvəl klubumuzun sərbəst güləşçilərindən Nurlan Ağazadə (70 kq) və Yusif Dursunov (125 kq) bürünc medala sahib olublar.