• Yanvar 30, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun inzibati binasında YAP Suraxanı rayon ərazi partiya təşkilatının (ƏPT) növbəti toplantısı keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və sədr müavini Salman Əbdülov da iştirak ediblər.
Mərasimdə ilk öncə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edib. Daha sonra “Neftçi” İdman Klubu İdarə Heyəti sədrinin müşaviri, ƏPT-nin sədri Sadıq Sadıqov çıxış edərək iclasın gündəliyində olan məsələnin ərazi partiya təşkilatına sədr müavini vəzifəsinə yeni seçki keçirilməsinə zərurət yarandığını bildirib. O, bu vəzifəyə “Neftçi” İdman Klubu İdarə Heyəti sədrinin müavini, icraçı direktoru əvəz edən Fərəc Əliyevin namizədliyini irəli sürüb. Onun təklifi səsə qoyulub və yekdilliklə qəbul edilib.
Fərəc Əliyev göstərilən etimada görə ərazi partiya təşkilatının üzvlərinə minnətdarlığını bildirib.