• İyun 3, 2025
  • Redactor Neftchi
  • 0

Fərhad Süleymanlı Amerikada qızıl medal qazanıb

“Neftçi” İdman Klubunun sərbəst güləşçisi Fərhad Süleymanlı Amerikanın Florida ştatının Kissimmee şəhərində keçirilən “Spartan” klubunun açıq birinciliyində uğurlu çıxış edib. Doxsan iki kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərinə qalib gəlib və turnirin qızıl medalına sahib olub.