• Noyabr 5, 2025
  • Redactor Neftchi
  • 0

Bu gün FIBA Avropa Kubokunun əsas mərhələsinin IV turunda I qrupunda yer alan “Neftçi” basketbol komandası Polşanın “Trefl Sopot” kollektivi ilə qarşılaşıb. Bakı İdman Sarayında təşkil olunan gərgin matçda komandamız rəqibi üzərində əzmkar qələbə qazanıb – 92:87.

Xatırladaq ki, “Neftçi” ilk görüşdə “Trefl Sopot”a (63:92) məğlub olub, Estoniyanın “Kalev” (95:84) və ABL-də çıxış edən “Abşeron Lions” (104:86) komandalarına isə qalib gəlib.