• Noyabr 19, 2025
  • Redactor Neftchi
  • 0

“Çox vacib oyun idi. Tək “Neftçi” üçün yox, bütün Azərbaycan üçün. Mən həmişə deyirəm ki, biz bütün Azərbaycanı təmsil edirik və bizim üçün çox çətin bir oyun keçdi. Hətta qələbə qazandığımız birinci oyunda da demişdim ki, “Abşeron Lions” çox yaxşı komandadı. Ancaq onu da deməliyəm ki, bizim vacib bir oyunçumuz yox idi. Təbii ki, bu da oyunumuza öz təsirini göstərdi. Həmin mövqedəki oyunçunun olmaması elə komandanın olmaması kimi bir şeydir”.