Beynəlxalq Şahmat Federasiyası (FIDE) fevral ayı üçün reytinq siyahısını açıqlayıb.
“Neftçi” İdman Klubunun təmsilçisi Teymur Rəcəbov (2723) iki pillə irəliləyərək 25-ci yerdə qərarlaşıb. Reytinq cədvəlinə yenə də norveçli Maqnus Karlsen (2830) başçılıq edir. ABŞ təmsilçiləri Fabiano Karuana (2804) və Hikaru Nakamura (2788) müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşdürürlər.