“Neftçi” İdman Klubunun on iki yaşlılardan ibarət (U-12) futbol komandası “Sabahın ulduzları” paytaxt çempionatında ardıcıl altıncı qələbəsini qazanıb. Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə kiçikyaşlı futbolçularımız bu dəfə “Araz Bakı” komandasına 3:1 hesabı ilə qalib gəliblər. Təmsilçimizin qollarına Davut Qasımov, Əkbər Babazadə vəQasım Məmmədzadə imza atıblar.