“Neftçi” İdman Klubunun on iki yaşlılardan ibarət (U-12) futbol komandası “Sabahın ulduzları” Bakı çempionatında növbəti qələbəsini qazanıb. Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə təmsilçimiz “Sport Master” komandasını 7:3 hesabı ilə məğlubiyyətə uğradıb. Babək Həsənovun yetirmələrindən Qasım Məmmədzadə het-trik edib. Hafiz Bağırlı, Emin Mustafazadə, Əli Xuduzadə və Kənan Namazov isə hərəyə bir dəfə rəqib qapısının torunu silkələyiblər.