Bu gün futzal üzrə Azərbaycan kubokunda səkkizdəbir final mərhələsinin oyunlarına start verilib.”Neftçi” komandası bu mərhələdə “Timsport”la üz-üzə gəlib. “Olimpik Star”da reallaşan qarşılaşma futzalçılarımızın aşkar üstünlüyü şəraitində keçib. Yekunda rəqibinə 15:2 hesabı ilə qalib gələn “Neftçi” dörddəbir finala vəsiqə qazanıb.