Futzal üzrə Yüksək Liqada IX turun oyunlarına start verilib.
İlk oyunda “Neftçi” və “U-19” komandaları üz-üzə gəlib. “Olimpik Star”da reallaşan görüşdə təmsilçimizin aşkar üstünlüyü müşahidə olunub. Mükəmməl oyun sərgiləyən Hacıbala Abdullazadənin kollektivi rəqibini darmadağın edib – 12:1. Bununla da komandamız xallarının sayını iyirmiyə çatdırıb və turnir cədvəlinə liderliyi ələ keçirib.