Futzal üzrə Yüksək Liqada III turun oyunları keçirilib.
Bakı İdman Sarayında baş tutan  qarşılaşmada  “Neftçi” “Record club” komandası ilə üz-üzə gəlib. Gərgin  keçən matçda təmsilçimiz daha yaxşı təsir bağışlayıb və 6:3  hesabı ilə qələbə qazanıb. Futzalçılarımızdan Mirzə Əmirov (2:10, 11:40, 29:19), Vahib Xocayev (3:43), Reza Abqoun (6:07) və  Namiq Məmmədkərimov  (17:52) rəqib qapısına yol tapıblar.