Futzal üzrə Yüksək Liqada VIII turun oyunları keçirilir.
Bu tur çərçivəsində “Neftçi” “Record club” komandasını sınağa çəkib. “Olimpik Star”da baş tutan qarşılaşma təmsilçimizin üstünlüyü şəraitində keçib. İnamla çıxış edən komandamız rəqibi üzərində böyükhesablı qələbə qazanıb – 8:1.