Futzal üzrə Yüksək Liqada XV turun oyunları keçirilib. Bu turda “Neftçi” “Yasamal Bakı” komandası ilə üz-üzə gəlib. Bakı İdman Sarayında gerçəkləşən qarşılaşmada təmsilçimiz daha baxımlı oyun nümayiş etdirib və rəqibi üzərində 12:4 hesablı qələbə qazanıb.