Futzal üzrə Yüksək Liqada IV turun oyunları keçirilir.
Bu tur çərçivəsində “Neftçi” U-19 komandasını sınağa çəkib. “Olimpik Star”da baş tutan qarşılaşma təmsilçimizin aşkar üstünlüyü şəraitində keçib. Baxımlı oyun sərgiləyən komandamız rəqibini 9:2 hesabı ilə məğlubiyyətə uğradıb.