Futzal üzrə Yüksək Liqada XIV turun oyunları davam edir. “Neftçi” bu tur çərçivəsində “U-19” komandası ilə qarşılaşıb. “Olimpik Star”da keçirilən matç “Neftçi”nin aşkar üstünlüyü şəraitində keçib. Yekunda komandamız rəqibini 15:1 hesabı ilə məğlubiyyətə uğradıb.Xatırladaq ki, təmsilçimiz ötən tur “Record club” komandasını da 36:3 hesabı ilə darmadağın etmişdi.