Futzal üzrə Yüksək Liqada X turun oyunları keçirilir.
Bu tur çərçivəsində “Neftçi” “Yasamal Bakı” komandası ilə qarşılaşıb. “Olimpik Star”da baş tutan matç “Neftçi”nin aşkar üstünlüyü şəraitində keçib və təmsilçimiz bu rəqibini də darmadağınla məğlub edib – 19:2. Bununla da xallarının sayını iyirmi üçə çatdıran komandamız yenidən turnir cədvəlinin birinci pilləsinə yüksəlib.
Qeyd edək ki, bu, qış fasiləsi ərəfəsində keçirilən sonuncu turdur. Bununla da liqada mövsüm yarılanacaq və komandalar gələn ilin fevralına qədər qış fasiləsinə yollanacaq.